QAZ VURUB QAZAN DOLDURMAQ

gəliri, qazancı çox olmaq.

QAZ UÇDU, QARĞA QONDU
QAZ YERİŞİ YERİMƏK
OBASTAN VİKİ
Qazan
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı. İran kəndləri Qazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
QAZ
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Qazan (Sərdəşt)
Qazan (fars. قازان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 33 nəfər. yaşayır (11 ailə).
Qazan (Urmiya)
Qazan (fars. غازان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 480 nəfər yaşayır (75 ailə).
Qazan (ad)
Qazan — bir sıra qədim və müasir türk xalqlarında geniş yayılmış şəxs adı. "Kitabi-Dədə Qorqud" eposundakı Qazan şəxs adı ilə müqayisə oluna bilər. Qədim türk tayfalarından birinin Kazan adlanması və Azərbaycanda Qazançı toponimlərində öz əksini tapması da məlumdur.
Qazan (dəqiqləşdirmə)
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı. İran kəndləri Qazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Qazan (şəhər)
Kazan yahut Qazan (tatar. Казан, Qazan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri — rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Qazan burnu
Qazan (ukr. Газан) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri. Krım yarımadasının şərqində Leninski rayonu ərazisində yerləşir. Yurkino kəndindən şimalda, Azov dənizi sahillərində qərarlaşır. Burunun sahilləri sıldırımlıdır. Xroni burnundan cənub-qərbdə yerləşir. Bulqanak buxtasına daxil olur.
Qazan kababı
adambaşına 300 qr qoyun əti 20 qr quyruq yağı 25 qr nar 2 ədəd baş soğan 5 qr göyərti habelə tam üçün istiot, duz götürülür. Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qazanda (qalaylı mis qazanda) qovrulur, istiot, duz və yağda qızardılmış soğan qatılır. Hazır olmasına 5 – 6 dəq qalmış xörəyə yetişmiş nar dənələri əlavə edilir və üstünə göyərti səpilir. Süfrəyə verilən zaman qazan kababı boşqaba çəkilir, yanına mövsümdən asılı olaraq pomidor, xiyar və göyərti qoyulur.
Qazan köşkü
Qazan köşkü — Cəlilabad rayonunun Musalı kəndinin şimal-şərqində Talış dağlarının şimal qurtaracağında yerləşmiş tarixi abidə. Qazan köşkü abidəsi stəkanvari, qala tipli müşahidə məntəqəsidir. Azərbaycan tarixinin zənginliyi ilə öyünməsinə baxmayaraq burda demək olar ki, dəqiq tarixi araşdırma aparılmamışdır. Bəzi məlumatlara görə və tarixi qaynaqlara gorə qazan köşkünün XIII əsrə, Hülaki hökmdarı Qazan xana (1295-1304) aid olduğunu deməyə əsas verir. Bu qala haqqında məlumata Qazan xanın vəziri olmuş tarixçi, alim Fəzlüllah Rəşidəddinin "Came ət-təvarix" ("Tarixlər toplusu") kitabında rast gəlinir. Qalanın hündür,strateji mövqedə inşa olunması onun müşahidə məntəqəsi kimi istifadə olunmasını sübut edir.
Qazan tatarları
Qazan tatarları (tatar. Казан татарлары) — tatar xalqını təşkil edən əsas etnik qruplardan biri. Türk dilləri qıpçaq qrupunun tatar dilindəki Qazan ləhcəsində danışırlar. Kazan tatarlarının etnik əsasını türklər (bulqarlar, qıpçaqlar və s.) və İmenkovski mədəniyyətinin nümayəndələri təşkil edirdi. Monqolların 1236-cı ildə İdil bulqarlarını fəth etməsindən, 1237 və 1240-cı illərdə bir sıra bolqar üsyanlarından sonra İdil bulqarları Qızıl Orda dövlətinim tərkibinə daxil olur. Sonralar Qızıl Ordanın dağılmasından və bir sıra müstəqil xanlıqların yaranmasından sonra bulqar torpaqlarında Qazan xanlığı qurulur. Bulqarların bir hissəsinin başqa qıpçaqlarla, həmçinin qismən bölgənin Fin-Uqor əhalisi ilə birləşməsi nəticəsində Qazan tatarları yaranır. 15-16 əsrlərdə Qazan tatarlarının təşəkkülü baş verir. Qazan tatarları, daha inkişaf etmiş bir iqtisadiyyat və mədəniyyətə sahib olaraq, 19-cu əsrin sonlarında burjua millətini meydana gətirdilər. Onların əsas hissəsi əkinçiliklə məşğul idi.
Qazan xan
Qazan xan (personaj) — Kitabi-Dədə Qorqud dastanında personaj.Oğuz elinin Salur boyundan olduğu bilinir.
Qazan xanlığı
Qazan xanlığı və ya Kazan xanlığı — Qızıl Orda dövlətinin varislərindən biri olan türk dövləti. Qızıl Ordada baş verən bir sıra proseslər sonda onu çökdürdü və yerində kiçik xanlıqlar yarandı. XIV əsrin ikinci yarısı və XV əsrin əvvəllərində qədim Bulqar knyazlıqları tənəzzülə uğradılar. Əhalinin böyük bir hissəsi şimala Svyaqa çayının orta axarına köçdülər. Bu yerdə Bulqar tipli yeni knyazlıqlar yaradıldı. Bu knyazlıqlar arasında ən çox fərqlənən İsgi-Kazan knyazlığı idi. İsgi-Kazan knyazlığı XIII əsrin ikinci yarısında yaranmışdır. XIV əsrin sonunda İsgi-Kazan knyazları Kazan şəhərinə doğru irəliləyərək burada yeni inzibati mərkəz yaratmağa çalışdılar. Lakin knyazın bu cəhdi uğursuz oldu. 1399-cu ildə ölkənin yeni mərkəzi olan Kazan knyazın qüvvələri Yuri Dmitreviçin silahlı dəstələri tərəfindən darmadağın edildi.
Qazan çarlığı
Qazan çarlığı — Rusiya çarlığı ilə ittifaqda olan asılı dövlət. Faktiki olaraq Rusiya çarlığından asılı olmuşdur. 1552-ci ildə Litva ilə müharibəni bitirən rus çarı III Vasili qüvvəsini Qazan xanlığına yönəldir. Sahib Gəray ruslarla toqquşmadan çəkindiyi üçün Osmanlıların vassallığını qəbul edir. Lakin Rusiya Osmanlılarla Qazan xanlığının bu razılığına qarşı çıxır və Sahib Gəraya qarşı müharibəyə başladır. Sahib Gəray vəziyyətin çətinliyini görüb Qazanı tərk edərək Krıma getdir. Yerinə isə qardaşı oğlu Səfa Gərayı qoyur (1524-1549). Səfa Gəray da Osmanlı tərəfdarı olur. Ondan sonra Qazan xanlığını Krımdan gəlmiş qoşunun başçısı Kuçak ələ keçirir, xanlığa Səfa Gərayın kiçik yaşlı oğlu Uyatmış təyin edilir. O, uşaq olduğuna görə əslində hakimiyyət Səfa Gərayın arvadı Soyom-Bikə xatun tərəfindən idarə olunurdu.
Şənbi-Qazan
Şənbi-Qazan, Şam Qazan və ya Qazaniyyə (fars. شنب غازان‎) — Təbriz şəhəri yaxınlığında yerləşən qədim yaşayış məskəni. Günümüzdə Şənbi-Qazan Təbrizin qərbində yerləşən məhəllərdən biridir və şimaldan Axoni meydanı, cənubdan Rahahan, qərbdən isə Qarqar küçəsi ilə əhatələnir. Elxanilər döründə Şənbi-Qazan Təbrizdən 6–10 km məsafədə yerləşən kənd idi. Arqun xan dövründə burada müxtəlif binalar, memarlıq abidələri tikilmişdi. Buna görə də şəhərin ilk adı Arquniyyə olmuşdur, lakin daha sonra Qazan xan dövründə Şənbi-Qazan türbəsinin inşaası ilə bura Qazaniyyə və ya Şənbi-Qazan adlandırılmağa başlandı. Qazan xanın vəfatında sonra cənazəsi Təbrizə gətirilərək Qazaniyyə qübbəsinə dəfn edilmişdir. Şənbi-Qazan İran, Azərbaycan və Osmanlı tarixində mühüm rola malik şəhərlərdən biridir. Qaynaqların verdiyi məlumata əsasən şəhərin ilk adının Arquniyyə olduğu bizə məlumdur, lakin ehtimal olunur ki, şəhər hələ salınmazdan əvvəl bu ərazi Şam adlanırdı. Şam sözünün mənası isə hamar və bərəkətli yer deməkdir.
Mahmud Qazan
Sultan Mahmud Qazan xan, Qazan xan və ya bəzən qərblilərin dediyi kimi Kasanus (5 noyabr 1271, Mazandaran ostanı – 11 may 1304, Qəzvin) — Çingiz xanın ölümündən sonra formalaşan uluslardan biri olan Elxanilərin VII elxanı. O, bu imperiyanı 1295-ci ildən 1304-cü ilə qədər idarə etmişdir. Arqun xanın oğlu olan Qazan xan Abaqa xanın nəvəsi, Hülakü xanın isə nəticəsi idi. Beləliklə, o, birbaşa Çingiz xanın sülaləsindən gəlməkdə idi. Elxanilər dövlətini idarə etmiş şəxslər içərisində ən önəmli elxan hesab edilən qazan xan ən çox İslamı qəbul etməsi və 1295-ci ildə taxta çıxdığı zaman İmam ibn Teymiyyə ilə görüşməsinə görə bilinməkdədir. O, din dəyişdirmə addımı ilə Qərbi Asiya, İran, İraq, Anadolu və Cənubi Qafqazdakı monqolların arasında dominant dinin də müəyyən edilməsində həlledici rol oynamışdır. Onun əsas arvadlarından biri olan Kököçin idi. Bayat tayfasından olan Kököçin əslində Qazan xanın atası Arqun ilə nişanlanmışdı, lakin sonuncunun ölümündən sonra Qazan xan ilə evləndirildi. O, Elxanilərə Qazan xanla eyni sülalədən gələn və ali monqol xaqanı hesab ediləm Xubilay xan tərəfindən göndərilmişdi. Qazan xanın hakimiyyəti dövründə Suriyanı ələ keçirmək uğrunda Məmlük dövləti, eləcə də yeni bölgələr uğrunda mübarizə şəraitində bir digər türk-monqol dövləti olan Çağatay xanlığı ilə döyüşlər baş vermişdi.
Salur Qazan
Qazan xan — Kitabi-Dədə Qorqud dastanında personaj. Oğuz elinin Salur boyundan olduğu bilinir. Oğuz igidlərinin başında bəylərbəyi Qazan xan dayanır. Bayandur xandan sonra oğuz bəyləri Qazan xanı özlərinə başçı, hökmdar, həm də arxa, pənah sayırlar. Qazan xanın mərdliyi, qəhrəmanlığı, dövlət başçısı, sərkərdə olaraq tədbirliliyi Oğuz elinə əmin-amanlıq, səadət gətirir. Qazan xan anasına böyük ehtiramla yanaşan bir oğul, xanımını ürəkdən sevən ər, oğlunun bir igid olaraq yetişməsinə çalışan, onun qəhrəmanlığı ilə fəxr edən atadır. Düşmənə əyilməyən, ən çətin anlarda belə özünü, xalqını, dinini sındırmayan Qazan xan Oğuz igidlərinin ən müsbət xüsusiyyətlərinin daşıyıcısı kimi tərənnüm olunur. Bayandur xanın qızı, Salur Qazanın xanımı "boyu uzun Burla xatun" eposun ən mükəmməl qadın surətlərindəndir. Burla xatun etibarlı, namuslu həyat yoldaşıdır. "Salur Qazanın evinin yağmalandığı boy"da Burla xatun yeganə oğlunun öldürülməsinə razı olur, ta ki Qazan xanın, Oğuz elinin namusu tapdalanmasın.
Dəmir qazan
Dəmir qazan filmi rejissor Kənan MM tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycanda çəkilən ilk absurd komediyadır. Film Azəri Prodakşnda istehsal edilmişdir. Əsas rolları Pərvin Abıyeva, Elsevər Mehdizadə, Nofəl Şahlaroğlu, Vüsal Hacı Qədir ifa edirlər. == Məzmun == Dəmir və Qazan dostdurlar. Dəmir universitetdən qovulmuş kimya müəllimidir. Qazan isə qəssabdır və öz kiçik qəssabxanası var. Dəmir mafiya başçısına bahalı maddə söz verir və söz verdiyi vaxta maddəni təhvil verə bilmir. Dəmiri mafiya adamları incidir və buna görə də o dostu Qazandan kömək istəyir. Necəsə işə polis əməkdaşları qarışır.
Gözyaşardıcı qaz
Gözyaşardıcı qaz (lachrymatory agent və ya lachrymator (lacrima Latın dilindən tərcümədə göz yaşı deməkdir)) — gözdəki korneal sinirləri stimullaşdıraraq göz yaşına, ağrıya, qusmaya və hətta korluğa səbəb olur . Ümumi lakrimatorlara bibər spreyi (OC gaz), CS gaz, CR gaz, CN gaz , nonivamide, bromoacetone, xylyl bromide, syn-propanethial-S-oxide (soğanlardan) və Mace daxildir. Lakrimatorlar daha çox etiraz aksiyalarında etirazçılarının dağıdılmasında istifadə edilir. Onların müharibədə kimyəvi maddə kimi istifadə edilməsi müxtəlif beynəlxalq müqavilərlə qadağan edilmişdir. Birinci Dünya Müharibəsi zamanı toksik lakrimatorlar istifadə edilmişdir.
Kiçik qaz
Kiçik qaz (lat. Nettapus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
QAZ-21
QAZ-21 — Qorki avtomobil zavodunda 6-cı minik avtomobildir.
QAZ-31105
QAZ-31105 — Qorki Avtomobil Zavodu tərəfindən 2004–2009-cu illərdə istehsal edilmiş Volqa seriyasına mənsub avtomobil.
QAZ-311055
QAZ-311055 — Rusiya avtomobili.
QAZ-53
QAZ-53 — Qorki Avtomobil Zavodunda yük maşınlarından biri. Bu yük maşını 1961-ci ildən 1992-ci ilə qədər istehsal edilib. Qaz-53 yük maşını modelinin bir neçə növü vardır: Qaz-53f (1961-1967), Qaz-53a (1965-1983), Qaz-53 (1983-1992).
QAZ-66
QAZ-66 (rus. ГАЗ-66) — Qorki Avtomobil Zavodunun 1964–1999-cu illərdə istehsal etdiyi yük avtomobil. Sovet Ordusunda və 1960–1990-cı illərində SSRİ və Rusiyanın milli iqtisadiyyatında istismar olunmuş ən kütləvi yük maşını. Rusiyada xalq arasında "Şişiqa" ləqəbi ilə tanınır. Avtomobilin konstruktoru Aleksandr Dmitriyeviç Prosvirnindir. Konveyerdən son nüsxəsi – "QAZ-66–40" 1 iyul 1999-cu ildə buraxılmışdır. Ümumilikdə "QAZ-66" ailəsinə aid 965.941 nüsxə istehsal olunmuşdur. GAZ-66 ailə. 1999-cu ildə istehsalı dayandırıldıqdan sonra, onun əvəzinə QAZ-3308 əvəzinə istehsal olunur. QAZ-66–1 (1964–1968) QAZ-66A (1964–1968) QAZ-34 QAZ-66B (1966) QAZ-66D (1964–1968) QAZ-66P QAZ-66E (1964–1968) QAZ-66–01 (1968–1985) QAZ-66–02 (1968–1985) QAZ-66–03 (1964–1968) QAZ-66–04 (1968–1985) QAZ-66–05 (1968–1985) QAZ-66–11 (1985–1996) QAZ-66–12 (1985–1996) QAZ-66–14 (1985–1996) QAZ-66–15 (1985–1996) QAZ-66–16 (1991–1993) QAZ-66–21 (1993–1995) QAZ-66–31 QAZ-66–41 (1992–1995) QAZ-66–40 (1995–1999) QAZ-66–92 (1987–1995) QAZ-66–96 İxrac üçün QAZ-66–51 (1968–1985) QAZ-66–52 (1968–1985) QAZ-66–81 (1985–1995) QAZ-66–91 (1985–1995) İxtisaslaşdırılmış AP-2 AS-66 DDA-66 QZSA-731, 983A, 947, 3713, 3714 MZ-66 R-142 3902, 3903, 39021, 39031 2001, 2002, 3718, 3719, 3716, 3924, 39521 QAZ-SAZ-3511 QAZ-KAZ-3511 Avtobuslar NZAS-3964, Volqar-39461 APP-66 PAZ-3201, PAZ-672 PAZ-3206, PAZ-3205 2010-cu ildə istehsal edilən "Call of Duty 7: Black Ops" oyununda "QAZ-66" bazasında hazırlanmış "Vorkuta" mühafizəçilər üçün nəqliyyat kimi istifadə olunur.